Biznes

Azərbaycandakı iri şirkət biznesmenlərə müraciət etdi

Azərbaycandakı iri şirkət biznesmenlərə müraciət etdi | FED.az
11:44 15 Okt 2018
“Holcim Azerbaijan” ASC şirkətlərə müraciət edib.

FED.az xəbər verir ki, “Holcim Azerbaijan” ASC təchizatçı şirkətlər bazasını artırmaq niyyəti ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən təşkilatları əməkdaşlığa dəvət edib.

Təşkilatlar  aşağdakı xidmətlər üzrə müraciət edə bilərlər:
01/18 -HA    Holcim (Azərbaycan) zavodunda müxtəlif növ işlər üçün insan ( işçi) qüvvəsi – illik müqavilə
02/18 – HA  Sənaye alpinizim xidməti – Yüksək hündürlükdə görülən işlər : silosun, qızdırıcı sistemin (preheater) təmizlənməsi – illik müqavilə
03/18 – HA  Zavoda məxsus olan mobil avadanlığa  xidmət – illik müqavilə
04/18 – HA  İskələ xidməti – illik müqavilə

Maraqlananlar yuxarıda göstərilən xidmətin adını qeyd edib, şirkətin profayl məlumatlarını 31.10.2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Tenderin nömrəsi mütləq qeyd olunmalıdır. “Holcim Azerbaijan” ASC-nin tələblərinə uyğun olan şirkətlətə əlavə anket göndəriləcək.

 

Digər xəbərlər