İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iqtisadi sahədə qarşılıqlı sərmayələrin həcmi ilbəil artır.
FED.az xəbər verir ki, Ş.Mustafayevin sözlərinə görə, BƏƏ-nin Azərbaycanda 290 şirkəti qeydiyyatdan keçib: “İndiyədək Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana 2,1 milyard dollar, ölkəmiz isə BƏƏ-yə 330 milyon dollar həcmində investisiya yatırıb. Eyni zamanda, Azərbaycan şirkətləri də Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərir. Ötən ilin 11 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsi 51 faiz artıb. Bu göstəricilər çox uğurludur. Hesab edirik ki, əməkdaşlıq üçün potensial daha genişdir və bu potensialdan yararlanmaqla daha böyük uğurlar əldə etmək olar. Bir çox sahələrdə, eləcə də turizm sahəsində potensial böyükdür. Qarşılıqlı əməkdaşlıq, birgə şirkətlərin yaradılması ilə bu potensialdan daha səmərəli istifadə etməklə daha böyük uğurlar qazana bilərik. Keçirilən görüşlərdə də bu barədə müzakirələr apardıq”
Azərbaycandakı Dubay şirkətlərinin sayı açıqlanıb
15:27
16 Yan 2019