Azərbaycanın texnologiyalar sahəsində fəaliyyət göstərən tanınmış şirkəti - “Zəyəm Texnologiyalar Parkı” ASC yeni səhm emissiyası edəcək. Şirkçətdən veriən məlumata görə ASC hər birinin nominal dəyəri 1 manat olan 18 milyon ədəd səhm buraxacaq.
Azərbaycanda məşhur şərab şirkətinə - YENİ SƏDR SEÇİLƏCƏK
Xatırladaq ki, sözügedən şirkət Şəmkirdə yerləşir, metal konstruksiyalar və metal məhsullar, eləcə də kənd təsərrüfatı avadanlıqlarının istehsalı ilə məşğuldur.
Vaxtilə keçmiş vergilər naziri Fazil Məmmədovun idarə etdiyi «Ata Holdinq»ə daxil olan «Zəyəm Texnologiyalar Parkı» indi faktiki olaraq «AZMADE GROUP» MMC-nin idarəçiliyindədir. ASC-nin səhmlərinin 91,6%-i də «AZMADE GROUP» MMC-yə məxsusdur.
Yeri gəlmişkən, hazırda «Zəyəm Texnologiyalar Parkı»nın dövriyyədə olan səhmlərinin sayı 305 246-dır. Emissiya çərçivəsində Hər biri 1 manat olmaqla 18 milyon ədəd səhm buraxılacaq. Nəticədə Cəmiyyətin tədavüldə olan səhmlərinin sayı 18 305 246-a qədər artacaq.
Son vaxtlarda bazarda baş verən proseslər «Zəyəm Texnologiyalar Parkı» ASC-nin fəaliyyətinə mənfi təsir edir. Belə ki, metal konstruksiya istehsalında xammal kimi istifadə olunan metalın qiymətində artım müşahidə olunur. Şirkətin əsas bazarları sayılan kənd təsərrüfatı avadanlıqlarının istehsalı və metal məhsulların istehsalı sahəsində rəqabət güclənib.
«Zəyəm Texnologiyalar Parkı» ASC-nin Baş direktoru Elxan Hacıyevin və maliyyə direktoru Rauf Vəliyevin təsdiqlədiyi hesabata əsasən şirkətin fəaliyyəti üçün bazar risklər indi də kifayət qədərdir.
Bunlardan biri ümumi bazar riskidir. Yəni ölkə və dünya iqtisadiyyatında baş verən dəyişikliklər səbəbindən «Zəyəm Texnologiyalar Parkı» ASC və digər şirkətlərin buraxdığı səhmlərin qiyməti enə bilər. Eləcə də inflyasiyanın və faiz dərəcələrinin artması səhmlərin bazar qiymətinə mənfi təsir edə bilər.
Digər risk şirkətin çalışdığı bazarla bağlıdır. «Zəyəm Texnologiyalar Parkı» ASC-nin fəaliyyət göstərdiyi sahələrdə müşahidə edilən iqtisadi durğunluq və Cəmiyyətin daxilində baş verən korporativ hadisələr təklif edilən səhmlərin bazar qiymətinə mənfi təsir edə bilər»-deyə hesabatda bildirilir.
Şirkətin fəaliyyətinə birbaşa təsir edə bilən risklər də var. Məsələn, metal konstruksiya istehsalında istifadə olunan xammalın, yəni metalın qiymətinin tez-tez dəyişməsi. Kənd təsərrüfatı avadanlıqlarının istehsalı isə ölkəyə idxal olunan mallar ilə rəqabət aparmalıdır.
Bütün bunlar şirkətin xərclərinin artmasına və gəlirlərinin azalmasına səbəb olub.
Son 3 ildə şirkətin mənfəətini zərər əvəz edib, ümumilikdə vəziyyət mənfiyə doğru dəyişib.
Belə ki, 2018-ci ildə «Zəyəm Texnologiyalar Parkı»nın cəmi 83 min manat gəliri olduğu halda 2019-cu ildə bu rəqəm 2,6 milyon, 2020-ci ildə isə 4 milyon manata yüksəlib. 2020-ci ildə Cəmiyyətin yeni tikinti layihələrənə cəlb edilməsi ilə bağlı gəlirlər və xərclərdə artım müşahidə edilmişdir.
Nəticədə 2018-ci ildə 1,4 milyon manat zərər edən şirkət, 2019-cu ildə 513 min manat mənfəətə çıxıb, 2020-ci ildə isə yenidən böyük zərər edib – 2,7 milyon dollar. 2020-ci ildəki belə böyük zərərin səbəbi inzibati xərclərin «kəllə-çarxa» vurmasıdır. 2018-2019-cu illərdə 1,4,1,7 milyon manat olan inzibati xərclər 2020-ci ildə 3,7 milyona sıçrayıb, nəticədə şirkət zərər edib.
2020-ci ildə Şirkətin gəlir və xərclərində artımın səbəbi onun yeni tikinti layihələriənə cəlb edilməsi ilə bağlı olub.
Son 3 ildə «Zəyəm Texnologiyalar Parkı»nın aktivləri də azalıb və şirkət 27,7 milyn manatdan 17,2 milyon manata «kiçilib». Paralel olaraq öhəliklər də 27,4 milyon manatdan 17 milyona enib. Hazırda şirkətin 17,9 milyon manat borc var. Şirkətin yeni səhm buraxması və satışa çıxarması da bu borcların ödənilməsi məqsədi daşıyır.
Bu dəfə 18 milyon ədəd səhm buraxılacaq, səhmlərin ilkin satış qiyməti (abunə yazılışı qiyməti) 1 manat təşkil edəcək.
Belə ki, təklifin (səhm satışının – FED.az) səbəbləri səhmlərin emissiyasından əldə olunan vəsaitin «Zəyəm Texnologiyalar Parkı» ASC-nin borclarının ödənilməsinə və Cəmiyyətin fəaliyyəti üçün tələb olunan digər məqsədlərə yönəldilməsidir. Səhm emissiyasından əldə olunacaq xalis gəlir «Zəyəm Texnologiyalar Parkı» ASC-nin 17 876 442 manat təşkil edən borcunun ödənilməsinə, yerdə qalan məbləğ isə Cəmiyyətin cari fəaliyyəti üçün istifadə ediləcək. Hələlik səhm satışından nə qədər gəlir əldə ediləcəyi dəqiq məlum deyil. Bütün səhmlər ilkin satış qiyməti ilə yerləşdirildiyi halda, emissiya nəticəsində cəlb olunacaq xalis məbləğin 18 milyon manat olacaq.
Yeri gəlmişkən, hazırda «Zəyəm Texnologiyalar Parkı»nın dövriyyədə olan səhmlərinin sayı 305 246-dır. Emissiya çərçivəsində Hər biri 1 manat olmaqla 18 milyon ədəd səhm buraxılacaq. Nəticədə Cəmiyyətin tədavüldə olan səhmlərinin sayı 18 305 246-a qədər artacaq.
Amma yeni buraxılan səhmlərin də böyük hissəsini onun indiki sahibi - «AZMADE GROUP» MMC alacaq. Yuxarıda qeyd edildiyi kimi, ASC-nin 305 min səhminin 270 mini, yəni 91,6%-i «AZMADE GROUP» MMC-yə məxsusdur.
«Zəyəm Texnologiyalar Parkı» ASC-nin səhmlərinə sahib olması onun idarə edilməsində və mühüm qərarların qəbul edilməsində AZMADE GROUP» MMC-ə müstəsna hüquqlar verir. Bunu və yeni emissiya edilən səhmləri almaqda üstünlük hüququnu nəzərə alaraq, gözlənilir ki, yeni buraxılan səhmlərin də ən azı 91,6%-ni və ya 16 491 min səhmini «AZMADE GROUP» MMC özü əldə edəcək.
Başqa sözlə, bu prosesləri sadə şəkildə təsvir etsək, «Zəyəm Texnologiyalar Parkı»na bir qədər əvvəl sahib olan «AZMADE GROUP» MMC onun borclarını ödəyib, bir qədər də payını artırıb, təmiz səhifədən idarəçiliyə başlamaq istəyir.
«Zəyəm»in digər səhmdarları da var və onlar da yeni buraxılan səhmlərin alışı ilə bağlı üstünlük hüququna malikdirlər, yəni səhmlər ilk növbədə onlara və «AZMADE GROUP»a təklif olunacaq. Səhmdarlar öz hüquqlarınan istifadçetməsələr səhmlər digər alıcılara təklif olunacaq. «AZMADE GROUP»un öz payı nisbətində səhm alacağı şübhə doğurmur. Ondan fərqli olaraq kiçik səhmdarların sayının çox, nizamnamə kapitalında isə onların məcmu payının mühüm iştirak payından az olmasını nəzərə alaraq, bu səhmdarların yeni emissiya edilən səhmləri əldə etməkdə öz üstünlük hüququndan istifadə edəcəyi ehtimalı azdır. Yəni bu səhm buraxılışından sonra kiçik səhmdarların payı daha da azala bilər (hazırda 8,4% təşkil edir).
Hərçənd, səhmləri almağına dəyər. Çünki «Zəyəm Texnologiyalar Parkı»nın öz proqnozlarına görə, qarşıdakı 3 ildə şirkətin gəlirləri və mənfəətinin artması gözlənilir.
Belə ki, artıq bu il, 2021-ci ildə şirkətin gəlirləri 4,9 milyon manat, 2022-ci ildə 5,8 milyon manat, 2023-cü ildə isə 7 milyon manat gözlənilir. Proqnoza görə, bu dövrdə gəlirlərin böyük hissəsi – 85%-i 2 sahədən metal konstruksiya istehsalı və kənd təsərrüfatı istehsalı avadanlıqlarının satışından daxil olacaq.
Ümumilikdə qarşıdakı 3 ildə (2021-2023) «Zəyəm Texnologiyalar Parkı» ASC-nin gəlir və xərclərinin proqnozu aşağıdakı kimidir:
«Zəyəm Texnologiyalar Parkı» ASC-nin növbəti üç il üçün gəlir proqnozu barədə məlumat:
Səhm buraxılışının anderrayteri isə «PAŞA Kapital İnvestisiya Şirkəti» QSC təyin edilib. «PAŞA Kapital» bu əməliyyatdan 10 000 manat xidmət haqqı alacaq.