"Abşeron –Şərab” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Azərbaycanda bu şirkətə yeni - SƏDR SEÇİLƏCƏK
FED.az xəbər verir ki, yığıncaq 5 oktyabr 2021-ci il saat 11.00-da baş tutacaq.
Gündəlikdəki məsələlər:
1) Cəmiyyətin 2020-ci ildə fəaliyyəti haqqında illik hesabatının təsdiqi.
2) Cəmiyyətin yenidən təşkil qaydasında qapalı səhmdar cəmiyyətinə çevirilməsi.
3) “Abşeron-Şərab” QSC-nin nizamnaməsinin təsdiqi.
4) “Abşeron-Şərab” QSC-nin idarə heyəti üzvlərinin və sədrinin seçilməsi.
5) “Abşeron-Şərab” QSC-nin təftiş komissiyası üzvlərinin seçilməsi.
6) “Abşeron-Şərab” QSC-nin direktorlar şurası üzvlərinin seçilməsi.
2. Ümumi yığıncaq AZ0118, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi 1 nömrəli ünvanda cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
3. Əlaqələndirici şəxs - Rahib Cəlilov, telefon- (+99450) 2435763.
4. Səhmdarlar ümumi yığıncağın gündəliyinə çıxarılan məsələlərin materialları ilə AZ 0118, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi 1 nömrəli ünvanda cəmiyyətin mühasibatlığında şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə tanış ola bilərlər.