İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "G CO 1", "G CO 2", "G CO 3", "G CO 4" və "G CO 5" MMC-ləri dövlət qeydiyyatına alıb.
Eləcə də bax: Azərbaycanda nizamnamə kapitalı 50 min manat olan Ukrayna Mərkəzi - Qeydiyyata Alınıb
FED.az nazirliyə istinadən xəbər verir ki, yeni şirkətlərin hamısı "Gilan Holdinq" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206 ünvanında ("Capital Tower" iş mərkəzi" qeydiyyatdan keçib.
Onların qanuni təmsilçisi də eyni şəxsdir - Toğrul Ülvi oğlu Hacıyev.
Nizamnamə kapitalına gəlincə isə 1-ci və 3-cü şirkətlərə müvafiq olaraq 19 780 600 manat və 85 613 877 manat, digər 3 şirkətin hər birinə isə 100 manat pul qoyulub. Beləliklə, 5 şirkətin birgə kapitalı 105 394 777 manatdır. (Report)