Azərbaycanda fəaliyyət göstərən hüquqi və fərdi sahibkarlar üçün nəzərdə tutulan yeni “Pulpal” ödəniş aqreqatoru istifadəyə verilib.
FED.az xəbər verir ki, bunu layihənin rəhbəri Emin Sultanov deyib.
Eləcə də bax: Azərbaycan bankları NFC əsaslı təmassız ödəniş sisteminin - TƏTBİQİNƏ BAŞLAYIB
Onun sözlərinə hörə, bu alət vasitəsilə ödənişləri həm nağd, həm də nağdsız şəkildə qəbul etmək mümkündür.
“Məsələn, hər hansı internet mağaza bu aqreqatora inteqrasiya olunaraq həm onlayn qaydada, həm də terminallar vasitəsilə ödənişləri qəbul edə bilər. Bundan başqa, hüquqi şəxslərə digər bir imkan da yaradılır ki, onların elektron mağazaları olmasa belə, bu platforma üzərindən mallarını sata bilər. Bunun üçün satıcılar müştərilərə ödəniş aparmaq üçün linklər göndərə bilər, alıcılar isə bu link vasitəsilə ödənişləri ya elektron, ya da nağd qaydada apara bilər. Aqreqatora qoşulma tez bir zamanda və pulsuz olaraq həyata keçirilir”, – deyə E. Sultanov qeyd edib.
APA