Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı departamentinin İnzibati binaların istismarı idarəsi kommersiya qurumuna çevrilir.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat verir.
Məlumata görə, idarə adını və təşkilati-hüquqi formasını dəyişərək eyni adlı MMC-yə çevrildiyini elan edib.