Qida Təhlükəsizliyi Agentliyi evdə istehsal edilən alkoqollu içkilərlə görə 5 min manata qədər cərimələyəcək
Qida Təhlükəsizliyi Agentliyinə ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı ilə əlaqədar inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti verilib.
Fed.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.
Bundan əvvəl bu sahədə salahiyyət ancaq Daxili İşlər Nazirliyinə məxsus olub. Bundan həm Daxili İşlər Nazirliyinin, həm də Qida Təhlükəsizliyi Agentliyinin vəzifəli şəxsləri bu sahədə inzibati xəta aşkar etdikdə əməkdaşları aşkar edərsə, protokol tərtib edəcəklər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsinə əsasən, ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Azərbaycanda yeni cərimə - 5 MİN MANAT
09:19
13 Sen 2018