Azərbaycanda şirkət yaradan xarici ölkə vətəndaşlarının sayı artmaqdadır. Vergilər Nazirliyindən FED.az-a verilən məlumata görə, son bir hftədə 240 yeni şirkət yaradılıb ki, bunun da 25 xarici ölkə vətandaşlarının, qalan 215-i isə yerli vətandaşlarının payına düşür.
Xarici ölkələrdən ən böyük aktivliyi İran vətəndaşları nümayiş etdirir Belə ki, 25 xarici şirkətdən 14-nü İran vətəndaşları təsis ediblər. Müşahidələr göstərir ki, İran investorları daha çox xidmət və aqrar sektora maraq göstərirlər.
Sonrakı pilləni Pakistan və Türkiyə investorları paylaşır. Siyahıda Pakistandan 3, Türkiyə və Gürcüstandan isə 2 yeni şirkətin adına rast gəlmək olur.
Qeydiyyata alınan hüquqi şəxslər arasında İrlandiya, Rusiya, Neoal və İraq hərəsinə 1 şirkət yer alıb.