Azərbaycanda yeməklərin çatdırılması ilə məşğul olan yeni şirkət yaradılıb.
FED.az xəbər verir ki, "MOSC" çatdırılma şirkəti İKT imkanlarından yararlanaraq İOS və Android mobil tətbiqlərindən istifadə edərək satışları online platforma üzərindən həyata keçirir.
Yeni şirkət təkcə yemək daşımır. "MOSC" çatdırılma şirkəti olaraq internet üzərindən yeməklə yanaşı, şirniyyat , gül, kosmetik vasitələr və s. sifariş vermək istəyən internet istifadəcilərinə xidmət edən şirkətdir.
Şirkət öz fəaliyyətinə 2020-ci ildən etibarən başlayıb.
Xatırladaq ki, pandemiya dövründə təkrar restoranların yerində xidməti dayandırması səbəbindən çatdırılma şirkətlərinin fəaliyyətində aktivlik müşahidə olunur.
Bu barədə MOSC İnternational çatdırılma şirkətinin marketinq meneceri Alxan Xələfov məlumat verib.
Şirkət rəsmisinin verdiyi məlumata görə, artıq bu xidmətlə satışlarda çox böyük irəliləyişlər də olub.
Alxan Xələfov vurğulayıb ki, pandemiyanı nəzərə alaraq müştərilərimizi bu virusdan qorumaq məqsədi ilə çatdırmalar zamanı bütün çalışanlar qoruyucu maskalar və dezinfektiya məhsullarından istifadə edərək xidmətini həyata keçirir. "Bazarda yeni bir şirkət olsaq da, artıq rəqabət mühitində bəzi naliyyətlər əldə etmişik" - deyə menecer vurğulayıb.