Xəbər verdiyimiz kimi, 2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı təsdiq edilib.
FED.az Proqrama istinadən xəbər verir ki, görüləcək tədbirlərdən biri də “Vahid Mühasibatlıq Sistemi”nin tətbiq edilməsidir:
Sənədə əsasən, bütün vergi ödəyicilərinin “Vahid Mühasibatlıq Sistemi”nə keçidi imkanları təhlil ediləcək, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcək.
Eyni zamanda kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaq. Kiçik ölçülü təşkilatların miqrasiya planının hazırlanmasında iştirakı təmin ediləcəkdir.
Azərbaycanda “Vahid Mühasibatlıq Sistemi” yaradılacaq
23:46
26 Sen 2018