Biznes qurmaq bir çox insanın arzusudur. Ancaq bu elə də asan iş deyil. Onların bir çoxu biznesini qurarkən bir çox çətinliklərdən keçiblər. Bəziləri dövlət işindən ayrılıb, bəziləri isə böyük risk edərək işə başlayıblar. Gəlin Azərbaycanda fəaliyyət göstərən bir neçə uğurlu iş adamını tanıyaq:
Elşad Abbasov
Elşad Abbasov sahibkarlıq fəaliyyətinə 1991-ci ildə Rusiyada başlamışdır. Azərbaycana döndüyü zaman şirkətini qeydiyyatdan keçirib mebel istehsalına başlamışdır. Bu gün Embawoodda 2000-dən çox insan işləyir. 20 il ərzində Ukrayna, Gürcüstan və Türkiyədə fabriklər inşa edilmişdir. Əsas satış kanalı 10 ölkədə franşiza üzrə fəaliyyət göstərən iki brendin mağazalar şəbəkəsidir.
Maqsud Mirzəyev
Maqsud Mirzəyev McDonald’s Azerbaijan şəbəkəsinin yaradıcısı və icraçı direktorudur. Leninqrad Dövlət Universiteti, Beynəlxalq münasibətlər fakültəsini bitirib.
“Fast-fud şəbəkəsinin inkişafı ilə məşğul olmaq üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində prestijli vəzifəni tərk etdi. Üç il ərzində Makdonalds sistemində sıravi işçidən rəhbər vəzifəsinə qədər bütün hazırlıq mərhələlərindən keçmişdir. Dövriyyə artdıqca yerli inqredietlərin istehsalı üçün fermalarla əməkdaşlıq qurub. Hal-hazırda şəbəkəyə Bakıda yerləşən 11 restoran daxildir. Bölgələrdə restoranların açılması üzrə planları var.”
Cəlal Babakişiyev
Cəlal Babakişiyev 1979-сı ildə anadan olub. 2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsini bitirib, 2006-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. On ilə yaxın güc strukturlarında xidmət edib. 2009-cı ildə Rahat marketlər şəbəkəsini təsis edib. Marketlər geniş çeşiddə ərzaq və gündəlik tələbat malları təklif edirlər. Hal-hazırda şəbəkə 16 marketi əhatə edir.
Fərid Novruzi
Fərid Novruzi hələ tələbə ikən Bakıda ilk brend mağazalarından birində adi işçi kimi işləməyə başlamışdı. 1999-cu ildə onun “United Colors of Benetton” brendi ilə şəxsi mağazası fəaliyyətə başladı. Hal hazırda isə “Novco Group” pərakəndə geyim satışı sektorunda 39 mağazası ilə Azərbaycan, Gürcüstan, Qazağıstan və Litvada təmsil olunur. Şirkət özünün 18 premium və mass-brendləri ilə təmsil olunur və uğurlu şəkildə lüks brendlər seqmentinə yüksəlir.
Vüsalə Mahirqızı
Vüsalə Mahirqızı 1979-cu ildə Ucar rayonunda anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub və 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ilin noyabr ayında “Azəri-Press” İnformasiya Agentliyini (APA) təsis edib. Hazırda APA Holdingin prezidentidir.
Ceyhun İmanov
Ceyhun İmanov 2005-ci ilin iyul ayında Jeykhun Imanov Studio (JIS) şirkətini qeydiyyatdan keçirib. Şirkət qrafik dizayn işlərindən başlayıb, bu gün isə artıq brendlərin və inteqrasiya olunmuş reklam kommunikasiyalarının yaradılması üzrə iri miqyaslı layihələr işləyib hazırlayır. Ceyhun yeganə səhmdardır və şirkətin kreativ direktoru vəzifəsini tutur. 20 nəfərlik ştatı olan JIS şirkəti 10 daimi və 70-ə qədər dəyişən müştərilərə xidmət göstərir.
İmran Bağırov
İmran Bağırov 1984-cü ildə Lənkəranda anadan olub. Bakı Dövlət Universitetində Iqtisadi kibernetika ixtisası üzrə ali təhsil alıb. 13 ildən çox IT, investisiya bankçılığı, marketinq və biznesin inkişafı sahələrində çalışıb. Iki startapın qurucusu və IBMS Solutions konsaltinq şirkətinin təsisçisi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəridir.
Hüseyn Hüseynzadə
Hüseyn Hüseynzadə 1989-cu ildə Bakı şəhərində anadan olub. Nijni Novqorod Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsində ictimaiyyətlə əlaqələr ixtisası üzrə ali təhsil alıb. KATV1 kabel televiziya operatorunda mətbuat katibi və biznesin inkişafı şöbəsinin rəisi, Myvideo.az layihəsinin rəhbəri vəzifəsində işləmişdir. Azerizoneagentliyinin təsisçisidir.
Rəşxan Qaraşlı
Rəşxan Qaraşlı 1981-ci ildə Qarabağda anadan olub. Trabzonda Karadeniz Teknik Universitetində Rəhbərlik və Psixoloji Müşavirlik fakültəsində ali təhsil alıb. Beynəlxalq şirkətdə ilk iş təcrübəsinə yiyələnmişdir, 12 il insan qaynaqlarının idarəedilməsi sahəsində çalışıb. Bir neçə biznesin qurucusu Raşxan Qaraşlı halhazırda gigiyena vasitələrinin təchizatı və xidmətləri ilə məşğul olan HORECA şirkətinin qurucu-rəhbəri və potensial sahibkar gəncləri investorlar ilə görüşdürən İdeya Qazandı işgüzar televiziya yarışmasının həmtəsisçisidir.
Səid Sadıxov
Səid Sadıxov 1989-cı ildə Bakı şəhərində dünyaya gəlib. Ali təhsilini Bakı Dövlət Universitetində “İnformatika” ixtisası üzrə alıb. 2014-cü ildə məktəb dostu ilə birlikdə “Tik-Talk”-ı təsis edib.
Təyyar Akkubayev
Təyyar Akkubayev 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. 2000-ci ildə Ədliyyə Nazirliyində dövlət qulluğunu tərk etmiş və gül- hədiyyə mağazasını açmışdır. Bu gün Real Group şirkətinin fəaliyyət istiqamətlərinə sıfırdan yaradılmış pərakəndə satış (Gallery, Gallery Kids) və əyləncə (Happy Land), həmçinin amerikan françayzinqi üzrə (Schlotzsky’s və Cinnabon brendlərinin şəbəkəsi) restoran biznesi daxildir. Şirkətdə 250 nəfər çalışır. Françayzinq üzrə təkliflər qrupun bütövlükdə nəzarət və marketinq sisteminin gücləndirilməsi üçün istifadə edilir.
Tatyana Mikayılova
Tatyana Mikayılova strateji kommunikasiyalar, nüfuzun gücləndirilməsi və biznesin idarə edilməsi sahələrində 17 illik təcrübəyə malikdir. Azərbaycan inşaat və memarlıq universitetini və London PR İnstitutunu bitirib. 2009-cu ildə Red Communications şirkətini təsis edib. PR-ın tədrisi ilə məşğuldur. Ailəlidir, üç oğul anasıdır.
Cavid Talıbov
Cavid Talıbov 1981-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin İqtisadiyyatın idarəedilməsi və menecment fakültəsini bitirib. GeForce Computers MMC-nin CEO-su olmaqla yanaşı Compstore.az saytını yaradıb və idarə edir. Qurduğu sayt vasitəsilə dünyanın bir çox şirkətləri ilə əməkdaşlıq edir. Kompüter texnologiyaları sahəsində istifadəsinə görə lider mövqelərdən birini tutur. Son zamanlar hətta xarici ölkələrdən sifarişlər alır.
Yana Krimpe
Yana Krimpe dövlət idarəçiliyi ixtisası üzrə Tallinn Universitetində bakalavr və magistr dərəcləri üzrə təhsil alıb. Estoniya prezidenti ofisində milli azlıqların məsələləri üzrə müşavir və digər dövlət vəzifələrində çalışıb. 2008-ci ildə Asan İmza texnologiyasını hazırlayan B.EST Solutions şirkətini təsis edib. Azərbaycan-Estoniya ticarət palatasının sədridir. 2014-cü ildə “Azərbaycan xanımları İKT sahəsində – FEMMES DIGITALES” klubunu təsis edib.
Asəf Baxşıyev
Asəf Baxşıyev 1988-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetini “menecment” ixtisası üzrə bitirib. 2010-ci ildən interyer dizaynı ilə məşğul olmağa başlayıb. 2013-cü ildə Bakhshiyev Studio şirkətini yaradaraq, sahibkarlıq fəaliyyətinə başlayıb.
Rəsminə Qürbətova
Rəsminə Qürbətova 1981-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2005-ci ildə Bakı Dövlət Universiteninin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirib. 10 ilə yaxın bir dövrdə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının Bakı nümayəndəliyində çalışaraq daxili və xarici kommunikasiya məsələlərinə və müxtəlif layihələrin icrasına cavabdeh olub. 2012-ci ildə “Rəsm” brendini yaradaraq zinət əşyalarının tərtibatı sahəsində sahibkarlıq fəaliyyətinə başlayıb.
Seymur Yunusov
Seymur Yunusov 1981-ci ildə Kürdəmir rayonunda doğulub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetində İqtisadi nəzəriyyə ixtisasında baklavr və magistr təhsili alıb. Jurnalistika sahəsində 2003-ci ildən işləyir. 2012-ci ildə iqtisadi xəbərlər saytı olan Marja.az-ı yaradıb.
Bəhram Qurbanov
Təhsil: Texniki elmlər üzrə magistr, Azərbaycan Dövlət Neft Akademiyası
O, 2004-cü ildə GRBS şirkətini təsis etmişdir. Hal hazırda bu şirkət on iki fərqli istiqamətlərdə çalışan təşkilatdan ibarətdir. Beynəlxalq səviyyəli təlimçidir. Öz biznesini yaratmamışdan qabaq Bəhram ARDNŞ-da işləyib. Təhsil sahəsində GRBS ildə 6500-dən artıq insana xidmət göstərir və MDB ölkələri arasında təqdim etdiyi sertifikatlaşdırılmış proqramların sayına görə liderdir. Bundan əlavə, şirkətlər qrupu mehmanxana biznesi, idman, əməyin mühafizəsi, psixotexnologiyalar sahələrində fəaldır və peşə texnikumunu açmaq niyyətindədir.
Leyla İbrahimova
Leyla İbrahimova 1983-сü ildə anadan olub. Moskva memarlıq institutunu (Dövlət akademiyası) bitirib. 7 ilə yaxın müxtəlif şirkətlərdə memar-dizayner kimi çalışıb. 2013-cü ildə Chalk Studio memarlıq və dizayn şirkətini təsis edib.
Məqalənin hazırlanması zamanı Biznes Klass youtube kanalında olan məlumatlardan istifadə edilib.