"AZESERT" Sertifikatlaşma Orqanı ICAS ilə birlikdə “İnterset Uygunluk Değerlendirme Hizmetleri A.Ş”nin Azərbaycanda nümayəndəliyini yaradıblar.
FED.az xəbər verir ki, bu fikirlər oktyabrın 9-da "AZESERT" və "İnterset Uygunluk Değerlendirme Hizmetleri A.Ş"nin Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüşdə səsləndirilib. Qeyd olunub ki, sözügedən qurumun yaradılması nəticəsində ölkəmizdə istehsal olunan məhsullar maneəsiz Türk Standartları İnstitutunun (TSE) laboratoriyalarında yoxlanılaraq sertifikatlaşdırılacaq, bu da Azərbaycan məhsulunun dünya bazarına çıxması deməkdir.
Eləcə də bax: “Payım” kolbasa və sosiskalarının - “HALAL” SERTİFİKATI LƏĞV EDİLİB? - AÇIQLAMA
Həmçinin diqqətə çatdırlıb ki, ölkəmizdə neft-kimya məhsullarının sınağının aparılması üçün beynəlxalq standartlata cavab verən laboratoriya da inşa ediləcək.
Azərtac