Son 5 ildə Azərbaycanda treninq kursları biznesi 37% böyüyüb.
Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Eləcə də bax: Azərbycanda iş adamlarının sifarişi ilə - PEŞƏ KURSLARI BAŞLAYIB
Məlumata görə, 2018-ci ildə ölkə əhalisi treninq kurslarına 354,5 milyon manat xərcləyib.
Ötən illə müqayisədə, bu sahəyə xərclənən vəsaitlər 9% artıb. Son 5 ildə isə treninq kurslarına xərclənən vəsaitlər 37% artıb. Belə ki, 2014-cü ildə bu sahəyə 252,3 milyon manat, 2015-ci ildə 281,9 milyon manat, 2016-cı ildə 286,3 milyon manat, 2017-ci ildə isə 325 milyon manat xərclənib.
Eləcə də bax:Məşhur iş adamı şəriklərini aldadıb – AZƏRBAYCANDAN QAÇIB - QALMAQAL