Rusiyanın ən böyük onlayn mağazası olan «Wildberries» şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir.
Dövlət Xidmətindən “Trendyol”la bağlı - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə şirkətin təsisçisi və baş direktoru Tatyana Bakalçuk bildirib. Onun sözlərinə görə, şirkət Azərbaycan, Gürcüstan və Tacikistan bazarlarına çıxış imkanlarını nəzərdən keçirir.
«Wildberries» onlayn mağazası özü üçün yeni olan ölkələrin - Azərbaycan, Gürcüstan və Tacikistanın bazarlarına çıxış məsələsini nəzərdən keçirir. Biz MDB-də genişlənməyi düşünürük, bəzi ölkələr bizimlə çalışdığımız ölkələrin arasında yerləşir. Məsələn, Azərbaycan, Tacikistan, həmçinin Gürcüstan kimi ölkələr haqqında düşünürük»-deyə bildirib.
Xatırladaq ki, «Wildberries» şirkəti Rusiyanın ən böyük onlayn mağazasıdır. Şirkət hazırda gündə 7 milyon sifariş qəbul edir, 10 milyona yaxın mal göndərir. Sifarişlərin 80%-i növbəti gün çatdırılır. Şirkətin 2 milyon kvadratmetrdən artıq anbar sahələrində 350 milyon ədəd məhsul var.
Hələlik «Wildberries»dən alınan mallar Rusiyadan başqa, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, İsrail və Özbəkistana göndərilir.