“Bakı Toxuculuq Qalantereya” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 22 may 2024-cü il saat 10.00-da keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi 39. ünvanında baş tutacaq.-
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2023-cü ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Mənfəət və zərərlərin bölüşdürülməsi.
3. Digər məsələlər.
Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələ ilə bağlı sənədlərlə hər həftənin iş günləri saat 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər.
Əlaqə telefonu– 012-425-01-91.