İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC sabahdan tirajlı lotereya oyunlarını müvəqqəti dayandırır.
Eləcə də bax: Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanları sayı artdı - SİYAHI
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, bu addım Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar qəbul etdiyi qərara uyğun olaraq atılır. Oyunlarda fasilə karantin rejimi bitənə qədər davam edəcək.