“Qəbələ-Tikiş” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 4400610621) təşkilati-hüquqi formasını dəyişir.
FED.az xəbər verir ki, şirkət Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edir.
Qeyd edək ki, “Qəbələ-Tikiş” 5 yanvar 1998-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 114 658 manatdır.
Qanuni təmsilçisi Cəmil Muradov Tahir oğludur.
Hüquqi ünvanı Qəbələ rayonu, Qəbələ ş. 28 may, ev 2 ünvanında yerləşir.