27 noyabr 2025-ci il saat 15:30-da “Xətai Tikinti Mexanizasiya” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi 3 nömrəli ünvanda baş tutacaq.
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Səhmdar cəmiyyətin 2024-cü ilə aid maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının hesabatı. 2. Səhmdar cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi.
Səhmdarlar sənədlərlə hər həftənin 2-ci və 5-ci günləri saat 14:00-dan 16:00-a qədər ASC-nin inzibati binasında Bakı şəhəri, Sabunçu rayonu, Ə.Əliyev küçəsi 4 nömrəli ünvanda tanış ola bilərlər