Azərbaycanda ticarət şəbəkələri telefon tətbiqləri vasitəsilə onlayn satışlara yönəlir.
Eləcə də bax: Bundan sonra ayda cəmi bir dəfə - Onlayn Sifariş Verə Bilərik
FED.az xəbər verir ki, bunu "Ticarət şəbəkələri" İctimai Birliyinin sədri Samir Abdullayev deyib.
O bildirib ki, koronavirus Azərbaycan iqtisadiyyatı üçün böyük sınaqdır:
"Karantin rejiminin tətbiq olunması iqtisadiyyatın müxtəlif sektorlarına, eləcə də ticarət şəbəkələrinin iş rejiminə böyük təsir göstərib. Bu sektorun çoxsaylı əməkdaşları virusa yoluxma və yoluxdurma riski altında əhalini qida məhsulları ilə təmin edirdi".
S.Adullayevin sözlərinə görə, karantin rejimi ərzaq ticarət şəbəkələri bazarının bütün iştirakçılarına gigiyena və sanitar təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmağı, eləcə də satışların təşkili və qida məhsullarının yerləşdirilməsi ilə bağlı bəzi biznes proseslərini dəyişməyi öyrətdi:
"Qida məhsullarının satışının təşkil olunmasının bəzi alətləri dəyişib. Koronavirus ticarət mərkəzlərinin işinə böyük təsir göstərib. Ticarət mərkəzlərinin fəaliyyəti tamamilə dayandırıldı. Yeni mərkəzlərin isə tikintisi ilə bağlı işlər tamamilə və ya qismən donduruldu". (Trend)