27 mart 2025-ci il tarixdə, saat 10:00-da “Binəqədi Təmir Tikinti” Açıq Səhmdar Cəmiyyəti səhmdarların növbəti Ümumi Yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1- ci mədən küçəsi, 1288-ci məhəllə ünvanında baş tutacaq.
Yığıncağın gündəliyi aşağıda qeyd olunub.
1. “Binəqədi Təmir Tikinti” ASC-nin 2024-cü ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi, illik hesabatlarının, maliyyə hesabatlarını təsdiq edilməsi, mənfəət və zərərinin bölüşdürülməsi;
2. “Binəqədi Təmir Tikinti” ASC-nin 2024-cü ilin yekununa dair müstəqil auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatlarına münasibət bildirilməsi;
3. “Binəqədi Təmir Tikinti” ASC-nin maliyyə vəziyyətinin müzakirə olunması;
4. “Binəqədi Təmir Tikinti” ASC-nin aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin müzakirəsi;
5. Cəmiyyətə yeni sədrin təyin olunması
6. Sair məsələlər.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı yığıncaq “Binəqədi Təmir Tikinti” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1- ci mədən küçəsi, 1288-ci məhəllə ünvanında yerləşən ofisinə müraciət edə bilərlər və ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış ola bilərlər.
Sənədlər üzrə məsul şəxs Bəhramova Alidə Mənaf qızı (tel:+994559995855) təyin edilib.
Yaranan suallarla əlaqədar olaraq, [email protected] e-poçt ünvanına müraciət etməyiniz xahiş olunur: