Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.
Bakıda Qırğızıstan-Azərbaycan Ticarət Palatası fəaliyyətə başlayıb – FOTOLAR
FED.az xəbər verir ki, iş adamına mükafat İqtisadiyyat Nazirliyi və KOBİA-nın təşkilatçılğı ilə həyata keçirilən “Dayaq” Mükafatı təbdbirində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov tərəfindən təqdim edilib.
FED.az xatırladır ki, ölkəmizdə 30 ilə yaxındır fəaliyyət göstərən Hüseyin Büyükfırat Azərbaycanda tanınmış iş adamı olmaqla yanaşı, Azərbğaycan-Türkpiyə qardaşlığına böyük töhfə verən, xüsusilə də Qarabağ şəhidləri və qazilərinin ailəsinə dəstəyi ilə tanınan şəxsdir.
Azərbaycana tələbə olaraq gələn Hüseyin Büyükfrat 30 ilə yaxındır ki, Azərbaycandakı biznes fəaliyyəti ilə yanaşı, ictimai fəaliyyətlərdə də aktiv iştirak edir. O, 2-ci Qarabağ müharibəsi dövründə Azərbaycana dəstəyini əsirgəməyib, 44 günlük müharibə zamanı Türkiyə televiziya kanallarında Azərbaycanın haqlı savaşını müdafiə edib, həqiqətlərin dünyaya çatdırılmasında mühüm addımlar atıb. Hüseyin Büyükfırat tarix və mədəniyyət sahəsində də dəfələrlə böyük addımlar atıb.
Türkiyə-Azərbaycan iş dünyası arasında mühüm körpü rolunu oynayan TÜİB-in əsas missiyasını yarandığı gündən etibarən Hüseyin Büyükfırat uğurla həyata keçirir.
Şanlı Vətən müharibəmizdə bizə qanları və canları bahasına zəfər bəxş etmiş şəhidlərimizin, qazilərimizin övladlarına, ailə üzvlərinə diqqət göstərmək hər birimizin vətəndaşlıq borcu olduğu kimi, Hüseyin Büyükfırat üçün də ən ümdə mətləbdir.
Vətən müharibəsi əsnasında Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluğun möhkəmlənməsində əvəzsiz rolu olan Türkiyənin Azərbaycandakı keçmiş səfiri cənab Erkan Özoralın himayəsində və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat və millət vəkili Ramil Həsənin təşəbbüsü ilə “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması yaradılıb və platforma çərçivəsində 2300 şəhid və qazi ailəsi ilə təmas qurmuş, bu və ya başqa formada öz qardaşlıq, vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışmışıq. Eyni zamanda qəhrəmanlarımızın bizlərə müqəddəs əmanəti olan övladları Sivas Universitetində təhsil almaqdadır. “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platformasının bir hissəsi olan Dövlət Sosial Müdafiə Fondu ilə birgə həyata keçirilən “Qardaş Ailə” layihəsi çərçivəsində şəhid ailələrinin Türkiyənin hər bir şəhərindəki Türk şəhid ailəsi ilə qardaşlaşması və onlara mənəvi dəstək olmaq məqsədilə addımlar atılıb, artıq 3 ailənin Türkiyənin Sivas, Şanlıurfa və Balıkesir şəhərlərinə səfəri təşkil edilmiştir. Layihə uğurla davam edir.
Hüseyin Büyükfırat bu istiqamətlərdə uğurla həyata keçirilən dövlət siyasətinə az da olsa töhfə verməkdən qürur duyduyğunu hər zaman dilə gətirməktədir.