Azərbaycanda şirkətin nizamnamə kapitalının azı 51 %-nə malik əcnəbi təsisçisinə iş icazəsinin alınması tələb olunmayacaq.
Əcnəbilərə Azərbaycanda yaşamaq üçün - İCAZƏ ŞƏRTLƏRİ DƏYİŞİR
FED.az xəbər verir ki, bu, Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı Qanun layihəsində əksini tapıb.
Belə ki, Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərlərinə və həmin hüquqi şəxsin nizamnamə kapitalında azı 51 % paya (səhmə) malik təsisçiyə (təsis etdiyi hüquqi şəxsdə fəaliyyət göstərdikdə) iş icazəsinin alınması tələb olunmayacaq.