"A+A Şirkətlər Qrupu" MMC nizamnamə kapitalının 200 000 manata endirildiyini elan edib.
FED.az xəbər verir ki, şirkətin hazırkı nizamnamə kapitalı 5 283 294 manatdır.
Bu da ümumi kapitalın 5 063 294 manat azaldılması deməkdir.
Qeyd edək ki, "A+A Şirkətlər Qrupu" MMC 9 avqust 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Əliyev Rauf Ramiz oğludur. Hüquqi ünvanı AZ1008, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏDBƏY AĞA OĞLU, ev.24 b ünvanıdır.











