17 mart 2026-cı il saat 12.00-da “Suraxanı Avtomotoservis” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iclasın gündəliyinə aşağıdaı məsələlər daxildir:
1. ASC-nin idarə heyətinin ləğv edilməsi.
2. ASC -nin direktorlar şurasının ləğv edilməsi.
3. ASC-nin nizamnamənin dəyişdirilməsi və yeni redaksiyasının təqdim edilməsi.
4. Baş direktorun təyin edilməsi.
5. 2025-ci ilin yekununa aid baş direktorun hesabatı.
6. 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının yekunları üzrə təftiş komissiyası sədrinin hesabatı.
7. 2025-ci ilin illik balans hesabatının təsdiq olunması, balans mənfəətinin bölüşdürülməsi.
8. Digər cari məsələlər.
9. Bütün səhmdarların iştirakı vacibdir.
Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirov küçəsi 4041-ci məhəllə.











