Nazirlər Kabineti «Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası»na dəyişiklik edib.
Eləcə də bax: Azərbaycanda ən böyük zərər və mənfəətlə işləyən – DÖVLƏT ŞİRKƏTLƏRİ – SİYAHI
FED.az xəbər verir ki, qərara əsasən, məlumatların Milli Depozit Mərkəzindən də alınacağı dəqiqləşib. Dəyişikliyə görə, məlumatların alındığı informasiya sisteminə daxil olan qurumların arasına Vergi Xidməti ilə yanaşı, Milli Depozit Mərkəzinin adı da daxil edilib.
Bundan başqa, qaydalara görə, monitorinq edilən şəxslər barədə məlumatlar onların elektron ünvnaları ilə yanaşı, vergi üçü yaradılan elektron kabinetlərinə də göndəriləcək.
Qərara əsasən, indiyədək məlumat saxlayıcısı monitorinq iştirakçılarının sorğusunu 1 iş günü ərzində, monitorinqdə iştirak edən digər şəxslərin (notariuslar istisna olmaqla) sorğusunu 3 iş günü ərzində, notariusların sorğusunu isə gün ərzində cavablandırmalı idi. Dəyişiklikdən sonra isə bu müddətlər benefisiarlara aid məlumata aid edilməyəcək. Yəni sonra benefisial mülkiyyətçimlərlə bağlıdırsa, məlumat 7 gün ərzində veriləcək.
Xatırladaq ki, belə sorğu verə bilən monitorinq iştirakçıları dedikdə kredit təşkilatları; sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri; investisiya şirkətləri; lizinq xidmətləri göstərən hüquqi şəxslər; pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr və digər təşkilatlar; lombardlar və başqalarıdır.