30 yanvar 2026-cı il saat 15.00-da “Camaşırxana Kombinatı” ASC səhmdarlarının yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 30/14, 26 nömrəli ünvanda olacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin illik hesabatının müzakirəsi və təsdiqi.
2. Cəmiyyətin direktorunun seçilməsi.
3. Cəmiyyətin müşahidə şurasının üzvlərinin və sədrinin seçilməsi.
4. Cəmiyyətin yeni nizamnaməsinin qəbul edilməsi və təsdiq olunması.
5. Cari məsələlər.
Səhmdarların ümumi yığıncaqda şəxsiyyət vəsiqələri ilə iştirakları vacibdir











