“Tomstil” MMC-nin direktoru Gülşən Mehdiyeva inzibati qaydada cərimə edilib.
FED.az xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinib.
Eləcə də bax: Vergi və DSMF hesabatları birləşdirilir - NAZİRLİKDƏN AÇIQLAMA
Bu əmələ görə, vəzifəli şəxslər üçün 500 manatdan 2000 manatadək cərimə cəzası nəzərdə tutulub.
Nəsimi Rayon Məhkəməsinin 12.06.2019 tarixində verdiyi bu qəraran şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “Tomstil” MMC geyim və aksesuarların dizaynı və istehsalı ilə məşğul olur.