«Salyan–Avtovağzal» ASC səhmdarlarına dividend verəcəyini elan edib.
Eləcə də bax: Azərbaycanda şirkət sahiblərinə - DİVİDEND ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, bu barədə qərar «Salyan–Avtovağzal» ASC-nin səhmdarlarının 20 noyabr 2020 ci il tarixində keçirilən ümumi yığıncağında qəbul edilib.
Toplantıda Cəmiyyətin 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinə dair idarə heyətinin hesabatı qəbul edilib və qərara alınıb ki, səhmdarlara 6200 manat divident ödənilsin. İclasda qərara alınıb ki, İslam Rzayev səhmdar cəmiyyətin sədri olaraq fəaliyyətini davam etdirsin. Eləcə də səhmdarlar qərara alıb ki, «H.N-TRANS» MMC-nin aylıq icarə haqqı aşağı salınsın.