15 aprel 2026-cı il saat 10.00-da “Sabunçuavtomatikaquraşdırma” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, gündəliyə çıxarılan məsələlər aşağıdakılardır.
1. Səhmdar cəmiyyətin 2025-ci il üçün balans yekunlarının təhlili.
2. Dividendlərin bölünməsi.
3. Səhmdar cəmiyyətin daşınmaz əmlakının bir hissəsinin – MTTS sahəsinin satışa çıxarılması haqqında.
4. 2026-cı ildə qarşıda duran məsələlər.
Bütün səhmdarların iştirakı vacibdir.
Telefon 450-93-19 450-98-26.
Ünvan – Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsi 10.












