“Sumqayıt Dəmir Beton-1” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
“Bakı Toxuculuq Qalantereya” ASC səhmdarların yığıncağı keçiriləcək
FED.az xəbər verir ki, yığıncaq 14 may 2021-ci il saat 11.00-da Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 59 (Özbəkistan küçəsi 1) nömrəli ünvanda baş tutacaq.
Gündəlikdəki məsələlər:
1. “Sumqayıt Dəmir Beton-1” ASC-nin 2020-ci maliyyə ili üzrə maliyyə hesabatına baxılması.
2. “Sumqayıt Dəmir Beton-1” ASC-nin xalis mənfəətinin bölüşdürülməsi.
3. “Sumqayıt Dəmir Beton-1” ASC-nin əmlakının özgəninkiləşdirilməsi, xüsusi əhəmiyyətli əqdin bağlanması və borcların ödənilməsi.
4. Təşkilati məsələlər.
Səhmdarlar ümumi yığıncaqda iştirak üçün şəxsiyyətini təsdiqləyən sənədi, onların nümayəndələri isə öz şəxsiyyətlərini təsdiqləyən sənədlə birlikdə notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim etməlidirlər.