Maliyyə Bazarlarına Nəzarət Palatası “Aztexnika LTD” MMC-ni 30000 avro məbləğində inzibati cərimə edib.
FED.az-ın xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimələnib.
Cərimə ilə bağlı qərardan verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, "Aztexnika LTD” MMC ağır sənaye avadanlıqlarının idxalçısı və distribyütorudur. Şirkət dünyanın aparıcı markalarının idxal etdiyi texniki avadanlıqların rəsmi nümayəndəliyini öz üzərində cəmləşdirib.