«Zaqatala Məişət Tikinti» QSC-nin rəhbərliyi şirkətə məxsus qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsini elan edib.
FED.az xəbər verir ki, Zaqatalanın Yuxarı Tala kəndində yerləşən müəssisə qapalı səhmdar cəmiyyətinin yenidən təşkil edilərək məhdud məsuliyyətli cəmiyyətə - MMC-yə çevrilməsi ilə əlaqədar olaraq səhmlərini dövriyyədən çıxarır.
Eləcə də bax: Beynəlxalq Bankın səhmləri ikiqat bahalaşıb – QİYMƏT
Maraqlıdır ki, müəssisənin indiki səhmdarları yeni yaradılan MMC-də pay sahibi ola bilərlər. Dövriyyədən çıxarılacaq səhmlərin nominal qiyməti 2 manat, sayı dövriyyədən çıxarılacaq və ləğv ediləcək qiymətli kağızların sayı- 24 428-dür.
Qiymətli kağızların geri satın alınmasının başlanma və başa çatma tarixi 2019-cu il sentyabrın 30-dan oktyabrın 20-dəkdir. Səhmlərin geri alınması qiyməti nominal qiymətdən fərqlidir və müstəqil qiymətləndiricinin apardığı hesablamaya görə, 6,95 manatdır.
Qiymətli kağızların geri satın alınmasının şərtləri belədir: yeni yaradılan MMC-nin iştirakçısı olmaq istəyən səhmdarlara məxsus müvafiq qaydada paylara çevrilmiş 23961 ədəd səhmin və yerdə qalan 467 ədəd səhm 1 səhm 6,95 manat olmaqla müəyyən dəyəri onların sahibi olan səhmdarların müraciətlərinə əsasən nağd şəkildə və yaxud göstərdikləri bank hesabına köçürülməklə ləğvetmə komissiyası tərəfindən ödəniləcəkdir.
Qiymətli kağızların geri satın alınmasının başlanma və başaçatma tarixləri arasında müraciət etməyən səhmdarlar malik olduqları səhmlərə uyğun ləğvetmə payını QSC –nin hüquqi varisi olan MMC – yə müraciət etməklə ala bilərlər.