08.06.2024-cü il tarixdə, saat 14:00-da Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən “Şamaxı Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Şamaxı rayonu, Şamaxı şəhər Avtovağzal dairəsinin yanındakı inzibati bina ünvanında baş tutacaq.
Aşağıdakı məsələlər Ümumi Yığıncağın gündəliyinə daxil edilib
1. “Şamaxı Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri Əfəndiyev İlqar Veyis oğlu ilə olan əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsi haqqında.
2. “Şamaxı Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri və üzvlərinin seçkilərin keçirilməsi haqqında.
3. “Şamaxı Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin 2023-cü ilin idarəetmə və maliyyə hesabatlarının təsdiq edilməsi.
4. Digər məsələlər.
Nəzərinizə çatdırırıq ki, səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclasdan əvvəl tanış olmaq olar. Səhmdar Ümumi Yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.
Ümumi Yığıncaqda iştirak edən səhmdar və ya nümayəndəsi şəxsiyyətini təsdiq edən sənədin əslini (nümayəndə olduqda etibarnaməsinin təsdiq edilmiş surətini) təqdim etməlidir.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (050) 700 76 66 mobil nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.