“Ağstafa Taxıl” ATSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq 4 iyul 2021-ci il tarixində saat 11:00-da Ağstafa şəhəri, R.Əsədov küçəsi ünvanında keçiriləcəkdir.
İclasın gündəliyi:
1.Cəmiyyətin nizamnaməsinin 2-ci redaksiyada təsdiqi;
2.Cəmiyyətin Ümumi yığıncağı və İcra orqanı haqqında Əsasnamələrin təsdiqi;
3.Cəmiyyətin tək başçı icra orqanının (sədrinin) seçilməsi;
4.Dividendlərin verilməsi qaydasının təsdiqi
5.Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əlaqə telefonu: (050)-229-74-99 “Ağstafa Taxıl” ATSC-nin icra orqanı