4 noyabr 2023-cü il saat 11.00-da “Çörək Nəqliyyat“ ATSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirləcək.
FED.az Cəmiyyətin İdarə Heyətinin elanına istinadən xəbər verir.
Yığıncağın gündəliyi Cəmiyyətin ləğvi və bununla əlaqədar bütün digər məsələlərin həll olunması üçün qərar qəbul edilməsi, Cəmiyyətin ləğvetmə komissiyasının təyin edilməsi daxil edilib.
Yığıncaq Bakı şəhəri, Qara Qarayev prospektində yerləşən “Sevinc“ yay kinoteatrının binasında keçiriləcək.