Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Eləcə də bax: Azərbaycan sahibkarları cərimələrin silinməsi üçün hökumətə - Müraciət Edib
FED.az xəbər verir ki, dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılır.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. (Report)