Azərabycanda sahibkarlar arasında Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) bir neçə göstərici üzrə sorğu keçirib. FED.az xəbər verir ki, sorğu sahibkarların, biznes lisenziya və icazələrin alınması, firmaların iflas üzərində mövcud qanunvericiliyə inanın-inanmadığı və digər suallar əsasında olub.
Eləcə də bax: Sahibkarların qanunlardakı yeniliklərdən - XƏBƏRİ YOXDUR
Belə ki, «Biznes lisenziyaların və icazələrin alınması asandır» ifadəsi ilə nə dərəcədə razısınız?» sualına sahibkarların 51% «razıyam», 28% «müəyyən dərəcədə razıyam», 16% «bilmirəm», 5% isə «razı deyiləm» cavabını verib.
«Şirkətlər iflas üzrə mövcud qanunvericiliyə və onun tətbiqinə inanırmı?» sorğusuna isə iş adamlarının 42% «bilmirəm», 27% «əksərən», 17% «müəyyən dərəcədə», 12% «tamamilə», 2% «xeyr qətiyyən yox» cavablarını bildiriblər.
ASK-nın keçirdiyi sorğuda növbəti sual isə «Ölkədə sertifikatlaşdırma məqbul standarta cavab verirmi?» olub.
Sorğu iştirakçılarının 18%-i bu suala cavab verməyib , «xeyr-qətiyyən yox» deyənlər – 4%, «bəzi hallarda» – 11%, «bilmirəm» 4%, «əksərən» 45% olub. 17% isə «bütün hallarda» cavab veriblər.
«Sertifikatlaşma çərçivəsi effektiv və ardıcıl tətbiq olunurmu?» sualına cavab verənlərin 4%-qətiyyən yox cavabını verib. Sahibkarlardan 36%-i «məlumatlı deyiləm», 12%-i «bəzi hallarda», 4% «bilmirəm», 27% «əksərən», 17% «bütün hallarda» cavabını veriblər.