Azərbaycanda avadanlıq alınması üçün iş adamlarına avadanlıq almaq üçün ayrıca güzəştli kredit ayrılacaq.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyevin təsdiqlədiyi «Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası»nda bildirilir.
Eləcə də bax: Sahibkarlığın İnkişafı Fondundan - GÜZƏŞTLI KREDİT ALMAQ QAYDASI – TAM MƏTN
Qaydaya əsasən, avadanlıqların girov qoyulması yolu ilə mövcud avadanlıqlarını yeniləmək və ya yeni avadanlıqlar əldə etmək istəyən sahibkarlıq subyektlərinə Fondun güzəştli kreditlərinin məbləği 5 min -3 milyon manart arasında dəyişəcək.
Kreditin müddəti 5 (beş) ildən, illik faiz dərəcəsi isə 9%-dən artıq olmamalıdır. Bu zaman Fondun illik faiz dərəcəsi 2 faizdən, müvəkkil kredit təşkilatlarının (yəni bankların) tətbiq etdikləri illik faiz dərəcəsi isə 7 faizdən artıq olmamalıdır.
Kreditə görü güzəşt müddəti isə avadanlığın quraşdırılması üçün tələb olunan vaxt nəzərə alınmaqla, 12 aydan artıq olmayacaq.
Qaydaya görə, kreditlərin təminatı kimi alınan avadanlıqlar müvəkkil kredit təşkilatının xeyrinə yüklü edilməli və Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməlidir.
Kreditlər yalnız yeni avadanlıqların alınması üçün verilə bilər. Sahibkar bu məqsədlə kredit götürərkən avadanlığın dəyərinin azı 20%-ni özü ödəməlidir. Alınan avadanlıq yerli istehsaldırsa, sahibkarın ödəyəcəyi hissə cəmi10% olacaq.
Sahibkarlıq subyekti ilə satıcı arasında avadanlıqların alınmasına dair bağlanılmış müqavilənin şərtlərindən asılı olaraq, kredit tam və ya mərhələli şəkildə ayrıl