Azərbaycanda kiçik və orta biznesə dəstək üçün yeni üsullardan və alətlərdən istifadə ediləcək.
Azərbaycanda biznes fəaliyyətinin stimullaşdırılması müzakirə edilib
FED.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin – KOBİA-nın Müşahidə Şurasının iclasında bildirilib.
Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda KOBİA-nın 2024-cü il ərzində gördüyü işlər və 2025-ci ildəki planları müzakirə edilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov kiçik və orta biznesə, sahibkarlara dəstək üçün görülən işlər barədə məlumat verib.
Bildirilib ki, sahibkarların maliyyə resurslarına və satış bazarlarına çıxışının asanlaşdırılması, biznesin müdafiəsi üçün işlər aparılıb.
Toplantıda açıqlanıb ki, hökumət sahibkarlara dəstək üçün yeni imkanlardan istifadə edəcək. Belə ki, bizneslərin ehtiyacları və mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla sahibkarlar üçün yeni təşviq alətlərinin yaradılması üçün planlaşdırılan tədbirlər açıqlanıb.