İpoteka və Kredit Zəmanət Fondu daşınmaz əmlak bazarında tələbin və kiçik və orta sahibkarların maliyyə resurslarına və xidmətlərinə tələbin, maliyyə xidmətlərinə çıxışı məhdudlaşdırılan amillərin öyrənilməsinə dair sorğu keçirəcək.
FED.az xəbər verir ki, fond bununla bağlı olaraq sorğunun keçirilməsi üzrə xidmətlərin satın alınması ilə bağlı tenderə yekun vurub. Tender iki lot üzrə keçirilib.
Eləcə də bax: Daşınmaz əmlak bazarı tənəzzülə uğraya bilər - ANALİTİKA
1-ci Lot (Daşınmaz əmlak bazarında tələbin öyrənilməsinə dair sorğunun keçirilməsi üzrə xidmətlərin satın alınması)
2-ci Lot (Kiçik və orta sahibkarların maliyyə resurslarına və xidmətlərinə tələbin, maliyyə xidmətlərinə çıxışı məhdudlaşdırılan amillərin öyrənilməsinə dair sorğunun keçirilməsi xidmətlərin satın alınması)
Hər iki lotun qalibi “ERA MARKETİNQ” MMC olub. Adı çəkilən şirkətlə sentyabrın 6-da 01/2019 nömrəli (Lot 1 üzrə) və 02/2019 nömrəli (Lot 2 üzrə) satınalma müqavilələri bağlanıb.