Azərbaycanın Belarusdakı keçmiş səfiri Lətif Qəndilov “Oğuz” çoxsahəli istehsal və xidmət istiqamətli müəssisəyə direktor təyin edilib.
Eləcə də bax: Rüfət Aslanlı - Şirkət Yaradıb
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin dünən yaydığı məlumata görə, şirkətin reyestr məlumatlarına dəyişiklik iyulun 22-də edilib. Şirkətin hüquqi ünvanı: Bakı, Dilarə Əliyeva küçəsi, 215.
“Oğuz” müəssisəsi 1994-cü ildə qeydiyyata alınıb. Şirkətin fəaliyyəti və sahibkarları barədə açıq məlumat yoxdur.
Lətif Qəndilov 1995-ci ildən Xarici İşlər Nazirliyində işləyir. Azərbaycanın Belarusdakı Fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən iyunun 16-da geri çağırılıb. Bir həftə sonra o artıq Bakıda özəl biznesdə işə düzəlib. (Turan.az)