2019-cu ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 1251,5 milyon manat olub.
FED.az xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,2 faizi hüquqi şəxslərin, 57,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 522,8 milyon manat olub.
Eləcə də bax: Azərbaycanda restoranların ən çox - PUL QAZANDIĞI RAYONLAR – SİYAHI