Azərbaycanda restoranların dövriyyəsinin 69%-i Bakı şəhərinin payına düşür.
FED.az xəbər verir ki, yanvar-sentyabr aylarında ölkə üzrə restoranların dövriyyəsi 1 milyard 11 milyon manatı keçib. Bunun 755 milyon 612 min manatı Bakı şəhərində qeydə alınıb. Son bir ildə Bakıda restoran dövriyyəsi 6,9% artıb.
Eləcə də bax: Bakı bulvarında - YENİ RESTORANLAR AÇILIR - SİYAHI
Bakıdan sonrak gələn Gəncə restoranlarında 9 ayda 28 milyon manat, Sumqayıtda 26,7 milyon manat dövriyyə olub. Restoran dövriyyəsinə görə sonrakı yerləri Azərbaycanın turizm bölgələri sayılan Xaçmaz və Qəbələ tutur. Xaçmaz restoranları 9 ayda 12,1 milyon, Qəbələ də isə 11,9 milyon manat dövriyyə ediblər.
Azərbaycanda ən böyük restoran dövriyyəsi olan rayonlar
Gəncə şəhəri 28 milyon manat
Sumqayıt şəhəri 26,7 milyon manat
Xaçmaz rayonu 12,1 milyon manat
Qəbələ rayonu 11,9 milyon manat
Bərdə rayonu 11,6 milyon manat
Abşeron rayonu 10,6 milyon manat
Quba rayonu 8,4 milyon manat
Göyçay rayonu 7,6 milyon manat
Tovuz rayonu 7,5 milyon manat
Masallı rayonu 7,3 milyon manat
Lənkəran şəhəri 7,2 milyon manat
Biləsuvar rayonu 7,2 milyon manat
Şamaxı rayonu 6,2 milyon manat
Ağcabədi rayonu 6 milyon manat