Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə "Qida biznes klubu"nun təqdimatı keçirilib.
FED.az xəbər verir ki, ASK-dan verilən məlumata görə, könüllü əsasda yaradılan "Qida biznes klubu" qida sahəsində ölkədə olan mövcud vəziyyəti və inkişaf perspektivlərini dəyərləndirərək, bu sahədə qida təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunvericiliyi, təcrübəni və müvafiq texniki dəstək xidmətlərini, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əlaqədar xidmət sahələrini özündə birləşdirir. (Apa)