26 oktyabr 2023-cü ildə Dövlət Vergi Xidməti "Pepsico Trading Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb.
FED.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 225 min avrodur. Qanuni təmsilçisi Musayev Natiq Qılman oğludur.
"Pepsico Trading Azerbaijan" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov ev.24, "Bridge Plaza" Biznes mərkəzi, 5-ci mərtəbədir.
Qeyd edək ki, Musayev Natiq Qılman oğlu 10 dekabr 2015-ci ildə 2 milyon 798 min 168 manat sərmayə ilə "Pepsico Azerbaijan" şirkətini yaradıb.