Bu gün, martın 7-də iki şirkət Bakıda 2006-2015-ci illərdə Daşkəsən rayonunda qızıl yataqlarının işlənməsində iştirak edən nümayəndəliklərin ləğv olunmasını elan edib.
Londex Resources S.A və Willy & Meyris S.A şirkətlərinin nümayəndəlikləri ləğv edilir. Bu şirkətlər AIMROC konsorsiumunun - Azərbaycan Beynəlxalq Mineral Resurslar Şirkətinin tərkib hissəsi idi.
Onlardan başqa, Azərbaycan hökuməti ilə kəşfiyyat, hasilat və mənfəətin bölüşdürülməsi üzrə PSA tipli müqavilə Globex International LLP və Farqate Mining Corporation ilə imzalanmışdı. Bu şirkətlərin nümayəndəlikləri Bakıda fəaliyyət göstərməyə davam edirlər.
© Contact