Azərbaycanda qiymətli metal hasilatı artıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-oktyabr aylarında ümumilikdə 6 ton 329,3 kiloqram qiymətli metal çıxarılıb. Bu sahədə artım 14%-i keçib.
Eləcə də bax: Ölkədə qızıl-gümüş bazarında - QİYMƏTLƏR UCUZLAŞDI
O cümlədən qızıl hasilatı 3 ton 111 kiloqram, gümüş hasilatı 3 ton 218 kiloqram təşkil edib. Qızıl hasilatında 7,3%, gümüş hasilatında 22,1 faiz artım var.