Yaxın günlərdə Azərbaycanın qiymətli kağızlar bazarında tariflər aşağı salınacaq.
Bu barədə FED.az-ın Canlı Yayımında Maliyyə Bazarlarına Nəzarət Palatasının böyük analitiki Arif Cəlilov bildirib. Onun sözlərinə görə, tariələrin azaldılması həm Bakı Fond Birjasının (BFB), həm də Milli Depozit Mərkəzinin (MDM) göstərdiyi xidmətlərə aid olacaq və tariflər yerli situasiyaya uyğun optimallaşdırılacaq: «Tarif məsələsi qiymətli kağızlar bazarında aktivliyə birbaşa təsir edən amillərdən biridir. Bu sahədə Palata tərəfindən işlər davam etdirilir. Həm BFB, həm də MDM-in tariılərinə yenidən baxılması gözənilir. Bu həm tariflərin azaldılması, həm də listinqin və kütləvi təklif üzrə qiymətli kağızların yerləşdirilməsinin stimullaşdırılması na aid olacaq».
Eləcə də bax: Azərbaycanda banklar qiymətli kağızlara investisiyanı - ARTIRIB
A.Cglilov bildirib ki, hazırda bu sahədə işlər davam edir və birjanın yeni tarifləri bu günlərdə qüvvəyə minəcək: «Burada həm dövlət qiymətli kağızları, həm korporativ kağızlarla əməliyyatlar, həm də repo əməliyyatları üzrə tariflərin enməsi baş verəcək».
Tariflərin azalması MDM-in əməliyyatlarını da əhatə edəcək: «MDM-in göstərdiyi xidmətlər üzrə, həm reyestrin aparılması, həm qiymətli kağızların uçotu, həm də əqdlərin qeydiyyatı sahəsində tariflərə yenidən baxılması və tariflərin yerli bazardakı konyuktura uyğun olaraq optimallaşdıorlması gözlənilir».