Azərbaycanda əl işləri ilə məşğul olan xanımlar üçün yeni biznes imkanı yaradılıb.
FED.az xəbər verir ki, bu öz əl işlərinin satışını həyata keçirən qadınlara dəstək məqsədilə yaradılmış – «Women Empowerment» (WE) sosial sahibkarlıq platformasıdır (https://instagram.com/womenempowerment.aze?igshid=NmE0MzVhZDY=)
Platformanın yaradıcısı Ülviyyə Əkbər bildirir ki, «Women Empowerment» hədəfi region olaraq sadəcə Bakı şəhəri deyil, eyni zamanda Azərbaycanın bütün regionlarını, hətta ucqar kəndlərini əhatə etməkdir.
«Women Empowerment» (WE) platformasına cəlb olunmuş istehsalçılar öz əl işlərinin satışında dəstəyə ehtiyacı olan qadınlar və əsasən də həssas qrupa aid qadınlardır. Platformanın fəaliyyəti çərçivəsində qadınlara dəstək göstərilərək onların istehsal etdikləri məhsullar bazar tələbatına uyğunlaşdırılır və məhsulların satışına dəstək göstərilərək qadınların gəlirləri artırılır.
Eyni zamanda platforma çərçivəsində qadınlar üçün xüsusi inkişaf proqramları nəzərdə tutulur ki, bu da iki istiqamət üzrə olmaqla onların şəxsi və professional inkişafına xidmət göstərəcək. Proqramın konsepti çox genişdir və hər bir istiqamət üzrə müxtəlif info sessiyalar, təlimləri əhatə edir.
İnkişaf proqramı:
1. Şəxsi inkişaf proqramı – Yoqa, pilates və.s kurslar, psixoloji konsultasiyalar, kouçinq və.s
2. Professional inkişaf proqramı – istehsal sahələri üzrə peşə kursları və informasiyanın əlçatan olması məqsədilə müxtəlif dil kursları
Satış - Platformanın əsas üstünlüklərindən biri istehsalçılara məhsulların satışında dəstək göstərilməsidir. Belə ki, hazırda məhsulların satışı iki istiqamətdə həyata keçirilir:
o Online
o Korporativ
Satışdan əldə olunan gəlir isə istehsalçının şəxsi və professional inkişafına yönəldilir.
Məhsullar – Məhsul seçimi bir neçə istiqamətə bölünür:
1. İstehsalçıların mövcud məhsulları arasında platformaya uyğun məhsullar
2. İstehsalçıların mövcud məhsul çeşidlərində bazar tələbinə uyğun dəyişiklik edərək əldə olunmuş yeni məhsullar
3. Bazar araşdırması nəticəsində istehsalçıların portfoliosuna uyğun müəyyən olunmuş yeni məhsul növləri
Partnyorluq - «Women Empowerment» (WE) sosial sahibkarlıq platformasına öz əl işlərinin satışı ilə məşğul olan istənilən xanım qoşulmaq üçün müraciət edə bilər.
Qoşulma şərtləri çox asandır və hər bir istehsalçı ilə individual olaraq müzakirə edilərək qarşılıqlı razılıq əldə olunur.
«Eyni zamanda platforma qadınlara dəstək göstərmək ikstəyən istənilən qurum və ya özəl şirkətlərlə əməkdaşlıq etməyə açıqdır. Bizim əsas məqsədimiz üzvlərimizə dəstək göstərmək və ölkəmizdə işsizliyin ümumi göstəricisini azaldaraq, qadınları inkişaf etdirməkdir»-deyə platformanın yaradıısı olan Ülviyyə Əkbər bildirir.
«Women Empowerment» (WE) sosial sahibkarlıq platforması - https://instagram.com/womenempowerment.aze?igshid=NmE0MzVhZDY=